Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aksiya keçirilir.
"Mişaya azadlıq!" şüarlı aksiya siyasətçinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında təşkil olunub.
Mitinqdə M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) çox sayda tərəfdarları iştirak edirlər. Aksiyaya ölkənin müxtəlif bölgələrindən dəstək qrupları da qoşulub.
Aksiyaçılar Gürcüstan, Ukrayna, Azərbaycan və NATO-nun bayraqlarını da tutublar.
Qeyd edək ki, penitensiar müəssisənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
E.ŞİRİNOV