"Saakaşvilinin ictimailəşdirilən, xüsusən də Rusiya telekanallarında yayımlanan təhqiredici videoları hər bir gürcüyə qarşı təhqirdir və ölkənin, hökumətin, eləcə də məhbusun imicinə ziyan vurur".
Gürcüstan KİV -nin məlumatına görə, bu sözləri keçmiş baş nazir Giorgi Kvirikaşvili, şəxsi facebook səhifəsində paylaşımı zaman qeyd edib. Onun sözlərinə görə, Saakaşviliyə dövlət tərəfindən həkimlərin tələb etdiyi standart tibbi xidmət göstərilməlidir: "Mən hesab edirəm ki, məhbus Saakaşviliyə dövlət tərəfindən həkimlərin tələb etdiyi standart tibbi xidmət göstərilməlidir. Bu, ilk növbədə, Gürcü Arzusu hökumətinin, sonra isə ölkənin ləyaqət məsələsidir, çünki şəxsən bizim Mixeil Saakaşvilini və onun siyasi irsini necə dəyərləndirməyimizə baxmayaraq o, yenə də Gürcüstanın keçmiş prezidentidir”, - deyə Kvrikaşvili qeyd edib.
TEZADLAR.AZ