Uralda Çelyabinsk-Troitsk yolunda minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə cümə axşamı regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
Qəza qarın yağması səbəbindən görmə qabiliyyətinin zəif olduğu şəraitdə baş verib. Səhər saat doqquz radələrində “Nissan Almera” markalı xarici avtomobil qarşıdan gələn zolağa çıxaraq “Lada Vesta”ya çırpılıb.
"Hadisə nəticəsində 38 və 47 yaşlı hər iki sürücü aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. "Nissan"ın 30 yaşlı sərnişini bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib”, - bu barədə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb. - “Qəza zamanı heç kimin təhlükəsizlik kəməri taxmadığı müəyyən edilib”.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Qəzanın səbəbləri və şəraiti müəyyənləşdirilir.
E.ŞİRİNOV