Hindistanın Tirupati şəhərində məbədin girişində yaranan izdiham nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.
“Venkateswara Swamy” Məbədində festivalda iştirak etmək üçün ölkənin hər yerindən dindarlar toplanıb.
Lakin məbədin qapıları açılandan sonra camaat içəri axışaraq sıxışdırılıb. Tədbirdə iştirak edən digər qonaqlar zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər.
Polis hadisə yerində asayişin qorunmasını həyata keçirir.
Hadisənin qalan halları müəyyənləşdirilir.
E.ŞİRİNOV