Alma-Atada etirazçılar meriya binasına daxil ola biliblər.
Ria - novostinin müxbirinin sözlərinə görə, binanın üzərindən qara tüstü qalxır, atəş səsləri eşidilir.
Qeyd edək ki, bir müddət öncə Alma-Atada etirazçıların meriyanın ofisinə basqın etməyə çalışdığı, onların meriya binasına girmək istədiyi, onu mühafizə edən təhlükəsizlik qüvvələrinin xüsusi texnikadan, xüsusən də səs-küylü qumbaraatanlardan istifadə etdiyi deyilirdi.
Sputnik Qazaxıstanın məlumatına görə, ərazidə 3 minə yaxın etirazçının olduğu və polisin meriyadan 50 metr aralıdakı köhnə iqamətgaha çəkildiyi bildirilirdi. Hücum edənlər bir neçə polis əməkdaşını döyərək, onların qalxanlarını və dəbilqələrini də götürümüşdülər.
Etirazçılardan bir çoxununi dəyənəklərlə silahlandığı bildirilirdi.
Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.
Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayıldı. Etirazçılar Alma-Atada yanvarın 4-ü axşam saatlarında qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.
Dövlət başçısı insanları tədbirli olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident bildirib ki, hökumət devrilməyəcək, amma bu münaqişə bizə lazım deyil. Daha sonra prezident Alma-Atada, Almatı və Manqistau vilayətlərində fövqəladə vəziyyət elan edib və bu, yanvarın 19-dək qüvvədə olacaq.
Bu gün isə prezident hökuməti istefaya göndərib. Və onların, xüsusilə etiraz vəziyyətinə icazə verməkdə günahkar olduğunu vurğulayıb. O, həmçinin altı ay müddətində maye qazın və benzinin qiymətlərinin dövlət tənzimlənməsinin tətbiq edilməsini tapşırıb.
JASMİN