1991-ci il yanvarın 13-də Vilnüs hadisələri zamanı həlak olanlardan 

dörd nəfərin qohumları, Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçovun məsuliyyətə cəlb olunmasını tələb edərək Vilnüs vilayət məhkəməsində mülki iddia qaldırıblar. Bu barədə Litvanın 15min. .lt portalı  iddianın  təşkilatçılarına istinadən xəbər yayıb.

"Qətllərin bəzi təşkilatçılarının və icraçılarının məhkum edildiyi cinayət prosesi başa çatır, bu, çox vacibdir, lakin yüksək səviyyəli liderlərin məsuliyyətini qiymətləndirmədən ədalət natamamdır".

Bunu  iddianın təşkilatçısı Robertas Povilaytis və  mərhumun oğlu Alqimantas Povilaytis nəşrə bildirib.

Məlumata görə, iddiada qeyd edilib ki,  Mixail Qorbaçov Sovet İttifaqının silahlı qüvvələrinin komandanı olarkən, yanvarın 11-13 tarixlərində ordunun cinayətlər törətməsinin qarşısını almaq üçün heç bir tədbir görməyib.

 “Litva ədalət məhkəməsi  elan edib ki, Rusiya Litvanın “13 yanvar işi” ilə əlaqədar  olaraq Mixail Qorbaçovu dindirmək tələbini rədd edib”- məlumatda qeyd edilib.

Xatırladaq ki, 1990-cı il martın 11-də Litva Ali Soveti respublikanın müstəqilliyinin bərpa olunmasını elan etdi. SSRİ isə bu qərarla barışmaq istəmirdi.

Və 1991-ci ilin yanvarında Litvada etiraz aksiyaları keçirilirdi. Yanvarın 13-nə keçən gecə isə sovet zirehli texnikası Vilnüsə yeridildi. Nəticədə 14 dinc sakin öldürüldü, 600 nəfərdən çoxu isə yaralandı.

Qeyd edək ki, məhz 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri   Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Beləliklə, “20 yanvar” qırğını zamanı 146 nəfər dinc vətəndaşımız öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunmuşdu.

Həmin vaxt Sovet hərbi qulluqçuları tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis işçiləri də vardı.

Göründüyü kimi, Mixail Qorbaçovun  tarixin yaddaşında qalan çox qanlı “izləri” var..

O cümlədən, Vilnüsün “13 yanvar” hadisələri kimi…

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN