Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla söhbətində Ukraynaya qarşı müharibənin dayandırılması üçün şərtləri adlandırıb.
"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Putin və Makron arasında telefon danışığından sonra Kremlin mətbuat xidməti məlumat yayıb. Putin deyib ki, “Ukraynadakı vəziyyətin tənzimlənməsi” o halda mümkündür ki, “Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqları” qeyd-şərtsiz nəzərə alınsın. Kreml üç şərt irəli sürür:
-Rusiyanın Krım üzərində suverenliyinin tanınması;
-Ukrayna dövlətinin demilitarizasiyası və deazifikasiyası" vəzifələrinin həlli;
-Onun “neytral statusunu”n təmini.
Məlum olduğu kimi, Ukrayna-Belarus sərhədi ərazisində Ukrayna ilə işğalçı dövlətin nümayəndə heyətləri arasında danışıqlar bir neçə saat davam edib.
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç isə bildirib ki, Ukraynanın Rusiya ilə danışıqlarda şərti atəşkəs və bütün rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.
Danışıqların son nəticəsi isə hələki reallıqda əksini tapmır.
A.Məmmədli