Prezident Vladimir Zelenski yeni bölmənin - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradıldığını elan etdi və onun tərkibində ukraynalılarla birlikdə rus işğalçılarını dəf etməyə hazır olan əcnəbilərin də olacağını söyləyib...
Bu barədə Prezident Zelenskinin xalqa müraciətində deyilir. Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. "Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib 21-ci əsrin işğalçılarına - rus işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər".
Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçməsi haqqında” Əsasnaməyə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçmək hüququna malikdirlər. Silahlı Qüvvələrin müdafiəsi də daxil olmaqla, bu könüllü əsaslarla -müqavilə əsasında ola bilər.
"Bununla əlaqədar olaraq, rus işğalçılarına qarşı müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq istəyən bütün əcnəbilər Ukrayna rəhbərliyi tərəfindən dövlətimizə gəlməyə və Ərazi Müdafiə Qoşunları sıralarına qoşulmağa dəvət olunur. Ayrı bir Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu formalaşır. Bu, ölkəmizə dəstəyinizin əsas sübutu olacaq”.
Prezident əlavə edib ki, necə qeydiyyatdan keçmək olar, bu barədə hər bir əcnəbi öz ölkələrindəki Ukrayna səfirliyinin müdafiə attaşesindən ətraflı məlumat ala bilərlər, əlaqə məlumatları Səfirliklərin internet saytında mövcuddur".
A.Məmmədli