Zelenski: Ukrayna müdafiəsinin ön xətti “rusiyalı əsgərlərin cəsədləri ilə doludur”

Britaniya Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsi hesab edir ki, Ukrayna hava məkanında Rusiya Federasiyası üzərində üstünlüyünü qorumağa müvəffəq olub və bununla da Rusiyanın əsas vəzifələrindən birinin icrasını pozub.

 Bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik dərc etdiyi ictimai kəşfiyyat nəticələrində bildirilib.

 Məlumatda qeyd edilir ki, "Ukrayna Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın hava məkanını effektiv şəkildə müdafiə etməyə davam edir".

  Britaniya kəşfiyyatı hesab edir ki,  hadisələrin bu cür gedişatı Rusiyanın əsas hərbi missiyasını pozur.

 "Münaqişənin ilk günlərində,  Rusiyanın əsas məqsədlərindən biri hava məkanına nəzarəti ələ keçirmək idi və bunu edə bilməməsi onların operativ əməliyyat irəliləyişinə mane oldu", - deyə məlumatda qeyd edilir.

 Müdafiə nazirliyi vurğulayıb ki, “Rusiya havaya nəzarəti ələ keçirə bilmədi və buna görə də indi Rusiyanın hava məkanını tərk etmədən nisbi təhlükəsiz şəkildə buraxılan və Ukrayna daxilindəki hədəfləri vuran “hava-yer” tipli raketlərinə güvənir”.

Xatırladaq ki, bu gün Rusiyanın Ukraynaya hücumunun 25-ci günüdü.

İndiyədək tərəflər 4 dəfə bir araya gəlsələr də, Ukrayna Rusiyanın bəzi şərtlərini qəbuledilməz hesab edib.

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski yenə də videomüraciət edib.

O, bildirib ki, Ukrayna müdafiəsinin ön xətti “rusiyalı əsgərlərin cəsədləri ilə doludur”.

Daha sonra Zelenski rusiyalılara səslənib "Mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində sizə nə edilib ki, itkilərinizin fərqinə varmırsınız?.."

 

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN