Bu gün Varşavada səfərdə olan ABŞ prezidenti Co Bayden Ukraynanın müdafiə naziri Aleksey Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.
Tezadlar.az bildirir ki, bu barədə Ağ Ev-in rəsmi saytında məlumat verilib. İclasda ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin də iştirak edəcək. Bu, Bayden və Kuleba arasında Rusiyanın 24 fevralda Ukraynanı işğal etməsindən sonra ilk üz-üzə görüşü olacaq. Ukraynanın Polşadakı səfiri Andriy Deşçitsa Polşa mediasına Baydenin ukraynalı nazirlərlə görüşü barədə məlumat verib. "Ümid edirəm ki, bu, səmərəli görüş olacaq", - Deşçitsa bildirib. Onun sözlərinə görə, bu görüş zamanı kritik əhəmiyyət kəsb edən qərar qəbul edilə bilər.
Bütün hallarda, Baydenin Polşaya səfəri və buradakı Ukrayna qaçqınlarının vəziyyətini öyrənməsi, həmçinin Ukraynalı nazirlərlə görüşməsi böyük hadisədir...
Bundan əlavə, Bayden Polşadakı ABŞ hərbçiləri ilə görüşüb, onlarla birlikdə nahar edib, sonra çıxışında bildirib ki, ABŞ-ın Bu bölgədə 150 min hərbçisi var...
A.Məmmədli