booked.netbooked.net booked.net  

Rusiya məhkəməsi Qazaxıstandan Avropaya mühüm neft ixrac terminalını bağlayıb.

Bu barədə interfaks məlumat yayıb.

Qeyd edək ki, Novorossiysk şəhərinin Primorsky rayon Məhkəməsinin qərarı ilə “Xəzər Boru Kəməri Konsorsiumu”nun (CPC) fəaliyyəti 30 gün müddətinə dayandırlır.

Bu qərara səbəb “Rostransnadzor” tərəfindən təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və istismarı zamanı ekoloji tələblərə uyğunluğun qiymətləndirilməsində aşkar edildiyi iddia edilən pozuntular olduğu bildirilir.

CPC qazax neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan həcmin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.

Qeyd edək ki, məsələ ilə bağlı bəzi xarici KİV-də Ukraynadakı müharibəyə görə son zamanlar Rusiya ilə Qazaxıstan arasında yaranan fikir ayrılıqlarına diqqət çəkilib. Və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qondarma “DXR” və “LPR” dövlətlərinin müstəqilliyini tanımayacağı barədə söylədiklərinin Rusiyanın xoşuna gəlmədiyi xatırladılır...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN