booked.netbooked.net booked.net  

"Avropa parlamentinin bəzi üzvlərinin Bidzina İvanişvili barəsində çıxışları, onun oliqarx olaraq təqdim edilməsi Gürcüstan demokratiyasına bir təhqirdir".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki,  parlamentin sədri Şalva Papuaşvili "PalitraNews"in efirində çıxışı zamanı belə deyib. Sitat: "Avropa parlamentinin üzvlərindən danışdığımız zaman deyə bilərik ki, orada bir neçə üzv var ki, Gürcüstan hakimiyyətinə qarşı antipatiya göstərirlər. Bu çox təəssüfedicidir. Avropa parlamentinin bəzi üzvlərinin Bidzina İvanişvili barəsində çıxışları, onun oliqarx olaraq təqdim edilməsi Gürcüstan demokratiyasına bir təhqirdir. Avropa parlamentinin bəzi üzvləri deyirlər ki, güya baş nazir, parlamentin sədri və parlament üzvləri hakimiyyət deyil, qərarları qəbul etmirlər və onlar bir fasaddır. Bütün bunlar xalq tərəfindən seçilmiş hakimiyyətin təhqir edilməsidir".
 Parlament sədri həmçinin aparıcının Mixeil Saakaşvili ilə bağlı ünvanladığı suala da cavab verib: "Hər bir məhbusda, konkret halda Mixeil Saakaşviliyə müvafiq tibbi yardım göstərmək vacibdir. Bu məsələ ilə insan hüquqları üzrə Strasburq məhkəməsi məşğul oldu və nəticə çıxardı ki, Mixeil Saakaşviliyə müvafiq tibbi xidmət göstərilir. Saakaşvilinin bəzi daxili və xarici dostları onu ürəkləndirərək deyirlər ki, cəzaçəkmə müəssisəsindən azad ediləcək. Məhz buna görə də o öz növbəsində 6 il cəza çəkəcəyi faktı ilə barışa bilmir".

Saakaşvilinin həbsdən buraxılması isə hələki cavabsız sual olaraq qalır. Baxmayaraq ki, Avropanın nüfuzlu insan haqları təşkilatları onun azad edilməsi çağırışları ilə dəfələrlədir çıxış edirlər.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN