booked.net booked.net  

K.J. Tokayev: “Mərkəzi Asiya xalqları parçalamaq cəhdlərinə qarşı birləşməlidir.”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının IV Məşvərət görüşündə xalqlar arasında mədəni əlaqələrin qurulması təklifi ilə çıxış edib.  Tokayev bildirib ki, informasiya məkanında bütün region üçün zərərli olan neqativ halların qarşısını almaq üçün qarşılıqlı fəaliyyət gücləndirilməlidir. O qeyd edib ki, bu işin mahiyyəti dostluğun sarsılmaz olmasındadır.

 “Dövlətlərarası və millətlərarası ədavəti qızışdırmaqla xalqları parçalamaq, münasibətlərimizi pozmaq cəhdlərinə qarşı birləşməmiz lazımdır.

 Təəssüf ki, region ölkələrində həyatın işıqlandırılması baxımından mətbuatımızda hələ də kəskin informasiya aclığı hökm sürür. Bu tendensiyanın əksinə olması arzuolunandır. Bəlkə də regional telekanal və ya xəbər saytı yaratmaq məntiqlidir. Bu məqamların ətraflı öyrənilməsi üçün Mərkəzi Asiyanın müvafiq departamentləri və xəbər agentlikləri rəhbərlərinin mütəmadi olaraq görüşlərinin keçirilməsi faydalı olardı”, - deyə prezident qeyd edib.

 O, həmçinin Mərkəzi Asiya xalqlarının zəngin tarixi və mədəni irsinin təbliğinin vacibliyini bildirib.

 

JASMİN

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN