booked.net booked.net  

Azərbaycan və Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfirləri Faiq Quliyev və Ali Kaan Orbay BİR ARAYA GƏLİBLƏR...

Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyənin Səfirini Azərbaycan Respublikasının Səfirliyində səmimi qəlbdən salamlayan Səfir F.Quliyev əziz həmkarı olan cənab Ali Kaan Orbayı Gürcüstandakı missiyaya başlanması münasibətilə təbrik edib. O, İki Dövlət – Bir Millət Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik missiyaları arasında bərqərar olunmuş sıx işbirliyindən bəhs edərək, bu qardaşlıq ənənələrinin davam olunmasına dair əminlik bildirib. Qəbula görə təşəkkür ifadə edən Səfir A. K Orbay da öz tərəfindən Gürcüstan dövlət başçısına etimadnamənin təqdim edilməsindən sonra Tbilisidə akkreditə olunmuş diplomatik korpus çərçivəsində ilk nəzakət səfərinin məhz Azərbaycan Səfirliyinə etdiyini vurğulayaraq, bunun rəmzi xarakter daşıdığını söyləyib. Səfir Orbay Gürcüstanda məsul missiyaya başladığı ilk anlarından etibarən hər zaman Azərbaycan Səfirliyi ilə birgə səylərin göstərəcəyinə dair əminlik ifadə edib. Görüş zamanı tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bu görüş bir daha təsdiqləyir ki, Türkiyə ilə Azərbaycan bölgədə söz sahibidir və regonal problemlərin həllində körpü rolunu oynamaqdadır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN