booked.net booked.net  

Bu gün taxıl daşıyan ilk gəmi səhər saatlarında Odessa limanını tərk edərərk Türkiyəyə aparılacaq...

Tezadlar.az bildirir ki, bu barədə CNN-Türk məlumat yayıb. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, müdafiə naziri Hulusi Akarın bütün tərəflərlə görüşləri və Müştərək Koordinasiya Mərkəzinin işindən sonra ilk gəminin saat 8:30-da Odessadan ayrılması barədə razılığa gəlinib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna ərzaq məhsullarının dəniz yolu ilə ixracının qarşısının alınmamasına dair saziş imzalanıb. Müqavilənin imzalanmasının ertəsi günü Rusiya Odessa limanını atəşə tutaraq vəziyyəti dəyişdirib. BMT, Aİ və ABŞ Rusiyanı sərt tənqid edib. Rəsmi Ankara isə tərəfləri əldə olunan razılaşmalara əməl etməyə çağırıb.  Nəhayət, iyulun 28-də sazişlərin icrasına dəstək məqsədilə çərşənbə günü İstanbulda Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib. Türkiyə tərəfi bildirib ki, Ukrayna taxılı olan ilk gəmilər avqustun 3-də Türkiyəyə çatacaq.
Beləliklə, Rusiyanın Ukraynaya qarşı yersiz və təcavüzkar müharibəsi həm özünü, həm də dünya dövlətlərini mürəkkəb qərarlar qəbul etməyə məcbur edib. Rusiya isə ciddi sanksiyalarla üz-üzədir. O dərəcə də ki, hətta apardığı müharibədə heç bir irəliləyişə nail ola bilməyib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN