Rusiya şantaj və hədə-qorxuya uymayacaq...

Tezadlar.az "Azadlıq radiosu" na istinadla bildirir ki, bu barədə  TASS xəbər verib. Belə ki,Prezident Vladimir Putin Rusiya dövlətçiliyinin 1160 illiyi münasibətilə keçirilən mərasimdə deyib:  “Biz şantaj və hədə-qorxuya tab gətirməyəcəyik, öz suverenliyimizi heç vaxt verməyəcəyik və itirməyəcəyik”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, rusiyalılar suverenliyi gücləndirməklə ölkəni inkişaf etdirirlər.

"1160 il ərzində biz qəti şəkildə öyrəndik ki, Rusiya üçün hətta müvəqqəti olaraq öz suverenliyini zəiflətmək, milli maraqlardan imtina etmək ölümcül təhlükədir"?

Rusiyanın Ukraynadakı müharibəsi isə davam edir.

A.Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA