Gürcüstan prezidenti Salome Zurabişvili Kiyevin və Ukraynanın digər şəhərlərinin bombalanmasını qorxunc hadisə adlandırıb və pisləyib...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, Zurabişvili bu barədə Twitter hesabında qeyd edib. Sitat: "Dinc əhaliyə qarşı fərq qoymadan hücumun məqsədi onları məhv etmək və qorxu yaratmaqdır, lakin dünya Ukrayna millətinin gücünü gördü; Bütün Gürcüstan Ukraynanın yanındadır!”.
Rusiya qüvvələri Krımdakı körpünün partladılmasından sonra bu gün səhər saatlarından Ukrayna şəhərlərinə kütləvi hücuma başlayıb. Ölən və yaralananlar var. Dağıntılar artmaqdadır...
A.Məmmədli