Rusiyanın Ukraynaya qarşı haqsız və səbəbsiz müharibəsi dünyanın bir nömrəli müzakirəsi olaraq qalır...
Əksər ölkələr bu hərəkətinə görə Rusiyanı qınamaqda, bu ölkəni terrorçu kimi tanımaqdadır... Məsələn, dünən noyabrın 21-də Madriddə NATO Parlament Assambleyasının illik sessiyası keçirilib və orada bütün mövcud Rusiya rejimini terrorçu, Rusiyanı isə terrorçu ölkə kimi tanıyan qətnamə qəbul edilib. Tezadlar.az “Avropa həqiqəti”nə istinadla bildiri ki, qətnamə yekdilliklə qəbul edilib. Nəşr yazır: "Bu gün biz bütün müttəfiqləri Rusiya Federasiyasını və onun hazırkı rejimini terror təşkilatı kimi açıq şəkildə müəyyən etməyə çağıran qətnamə qəbul edəcəyik", - deyın NATO PA prezidenti Gerry Connolly səsvermədən əvvəl sərt danışıb. Sənəd yekdilliklə qəbul edilib. Qətnamədə bu rejimin ağır hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün xüsusi tribunal yaradılması tələb olunub. Sitat: “Biz, həmçinin hökumətlərimizi Ukraynanın NATO-ya daxil olması istiqamətində növbəti addımları atmağa çağırırıq. Biz dəfələrlə vurğulamışıq ki, Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək üçün heç bir qanunsuz cəhdini tanımırıq”. Ukraynanın NATO PA-dakı Daimi Nümayəndəliyinin sədri Yeqor Çernev qeyd edib ki, tribunal təkcə hərbi cinayətlərin birbaşa təqsirkarlarını deyil, həm də Rusiya Federasiyasının ali rəhbərliyini mühakimə etməyə imkan verəcək.
Müharibə isı davam etməkdə, hər gün özü ilə qan və dağıntılar gətirməkdədir...
A.Məmmədli