Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam etdikcə tərəflərin itkiləri də artır...

İki gün əvvəl isə Rusiya TV-ləri 50 rus əsirlərinin Ukraynadan geri qaytarılması barədə geniş reportaj verirdilər. Son bir ayda bu artıq ikinci belə əməliyyatdır. Bu arada isə Rusiya yeni hərbi hücumlara hazırlaşır. “Rusiya Baxmuta təzyiqləri artırıb, amma şəhərin tezliklə ələ keçirilməsi mümkün deyil. Çünki Ukrayna qüvvələri müdafiə xətlərini qoruyur və təchizat yollarına nəzarət edir”. Tezadlar.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb. Sitat: "...Son 4 gündə Rusiya və “Vaqner” muzdlu qruplaşması Donbasın kiçik Soledar qəsəbəsində taktiki irəliləyişlərə nail olub. Çox güman ki, Rusiya qəsəbənin böyük hissəsinə nəzarət edir. Soledar Baxmutdan 10 km şimalda yerləşir. Ona görə də qəsəbənin ələ keçirilməsi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır”.

Yanvarın 9-da Rusiya Soledarı ələ keçirdiyini açıqlayıb. Ukrayna Müdafiə Nazirliyi isə bunu təkzib edib.

Döyüşlər isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN