"Ermənistan bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə sülh təlimlərinə ev sahibliyi etməyəcək, çünki hazırkı vəziyyətdə təlimlərin keçirilməsi məqsədəuyğun deyil".

Tezadlar.az "Sputnim Armeniya"ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkənin Müdafiə Nazirliyi artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birgə Qərargahına müvafiq mesaj göndərib. Sitat: "Ermənistanın müdafiə naziri artıq KTMT-nin Birləşmiş Qərargahına məlumat verib ki, biz bu vəziyyətdə Ermənistanda oxşar təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər [ən azı] bu il Ermənistanda keçirilməyəcək”.

Maraqlıdır ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda sülh təlimlərinə ev sahibliyi edəcəyini açıqlamışdı. Ermənistanın Rusiyaya arxa çevirməyi artıq birninci hadisə deyil. Rusiyanın siyasi hakimiyyətindən hələki Paşinyanın bu hərəkətinə adekvat cavab verilməyib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN