Rusiya ilə Gürcüstan arasındakı müharibə və münaqişə əhval-ruhiyyəsi fonunda qəribə hadisələr baş verir...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, "Qərbin Qafqazda, xüsusən Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləri illuziyaya çevrilir", - deyə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski əlavə edib: “Bu gün Qərbin Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləri, deyəsən, daha çox xəyala çevrilir. Hərçənd “müttəfiq” adlandırılanlar durmadan Tiflisə hərbi avantüra üçün təzyiq göstərirlər, lakin bu cəhdlər boşa çıxır”.
Onun sözlərindən belə çıxır ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya hadisələrindən dərs alıb və "son gürcüyə qədər" müharibə aparmaq fikrində deyil.
Maraqlıdır ki, Gürcüstanın siyasi dairələri Slutskiyə cavab verməkdə tələsmir. Doğrudanmı Gürcüstan Abxaziya və Cənubi Asetiya işğalından dərs alıb və bu işğalla barışıb???
A.Məmmədli