"Əgər Rusiya Ukraynada qalib gəlsə, gürcülər Abxaziya və Çxinvali regionunun qaytarılması planını unuda bilərlər".

Tezadlar.az xatırladır ki, belə bir bədbin proqnozla ABŞ quru qoşunlarının keçmiş komanda generalı Ben Hodgesin CNN-ə müsahibəsində deyib. Generalın sözlərinə görə, Gürcüstan hökuməti Ukraynanın yanında möhkəm dayanmır və bu anlaşılmazdır: "Mən başa düşə bilmirəm ki, Gürcüstan niyə 100% Ukraynanın tərəfində möhkəm dayanmır? Rusiya Gürcüstanın suverenliyinə hörmət etmir. O, Abxaziya və Sxinvali bölgəsini işğal edib və Ukraynada qalib gəlsə, gürcülər ərazilərin geri qaytarılmasını unuda bilərlər. Ona görə də Ukraynanın qalib olub-olmaması Gürcüstan üçün çox vacib məsələdir".

 General "BUK" sistemlərinin Ukraynaya verilməsindən imtinaya da cavab verib və qeyd edib ki, yəqin ki, “Gürcü arzusu” hökuməti Rusiyanı təhlükə hesab etmir: “Əlbəttə, Gürcüstan hökumətinin məsuliyyəti öz xalqını qorumaqdır, lakin mən hesab edirəm ki, bu hökumət yəqin ki, Rusiyanı təhlükə hesab etmir, əks halda onun daha böyük hərbi büdcəsi olardı. Düşünürəm ki, Gürcüstan hökuməti Kiyevi dəstəklədiyi üçün Ukrayna münaqişəsinə qarışma ehtimalı demək olar ki, sıfıra bərabərdir. Rusiya son səkkiz il yarım ərzində Ukraynada demək olar ki, bütün imkanlarından istifadə edib və hələ də Ukraynanın böyük hissəsini ələ keçirə bilməyib. Təsəvvür edin ki, Ukraynanın heç bir donanması olmadığı halda Rusiyanın Qara Dəniz Donanması faktiki olaraq məhv edilib. Ona görə də başa düşmürəm ki, Gürcüstan hökuməti niyə özünü Kremlə buxovlayıb”.

 Ben Hodges “Gürcü arzusu” və onun tərəfdarlarının, sanki ABŞ Gürcüstanı müharibəyə sürükləyirmiş kimi ritorikasını absurd adlandırır: "ABŞ-ın Gürcüstanı Ukrayna müharibəsinə cəlb etməyə çalışdığına dair heç bir sübut yoxdur. Bu, absurddur. Ukraynanın qələbəsi Gürcüstanın maraqlarına uyğundur. Rusiya indi o qədər çətin vəziyyətdədir ki, Abxaziyadan canlı qüvvəsini çıxarır. Ukraynaya transfer edir. Söhbət hansı ikinci cəbhədən gedir? Rusiya ikinci cəbhədə hansı vasitələrlə vuruşmalıdır?", - deyə general Hodges vurğulayıb.

Amerikalı generalın bu bədbin və narahatlıq doğuran müsahibəsinə Gürcüstan hakimiyyətindən hələki rəsmi mövqe yoxdur. Amma yəqinki olacaq. Çünki müsahibədə Gürcüstanın suverenliyinə qarşı təhdidlər də yer alıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN