Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ərəfəsində BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka səfər edəcək.

Tezadlar.az "CNN-ə istinadla bildirir ki, bu barədə BMT-nin yüksək mənbələri məlumat yayıb.  Məlumata görə, ötən həftə Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova Prezident Zelenskinin BMT Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış etmək üçün BMT-yə gəlmək niyyəti olduğunu açıqlamışdı. Mənbə bildirib ki, buna cavab olaraq BMT rəsmiləri Prezidentin istəyini yüksək qiymətləndirib və onun Baş Assambleyada çıxış etmək üçün dəvət edib. Təhlükəsizlik vəziyyəti uyğun olacağı təqdirdə Prezidentin Nyu-Yorka gəlişi planlaşdırılır.

Heç şübhəsiz ki, Zelenski iclasda Rusiyanın işğalı barıdə geniş çıxış edərık bu təcavüzün qarşısının alınması üçün tədbirlər görməyə çağırış edəcək.

Qeyd edək ki, ABŞ artıq bu həftə Ukraynaya daha bir böyük həcmli yardım paketini elan edəcək, Bir sıra Avropa ölkələri isə Ukraynaya açıq şəkildə hərbi yardım edirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN