Serbiya prezidenti Aleksandar Vucic maraqlı bəyanatla çıxış edib... 

O, deyib ki, Rusiya Ukraynada Vaqner PMC tərəfində döyüşlərdə iştirak etmək üçün serbləri cəlb etmək cəhdlərini dayandırmalıdır. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Reuters xəbər yayıb. Vuçiç könüllüləri Vaqner qrupuna qoşulmağa çağıran serb dilində elanlar yerləşdirən rus saytlarını və sosial media qruplarını biabır edib. Sitat: "Ayıbdır... Siz Vaqner üçün niyə Serbiyadan kiməsə zəng edirsiniz? Bilirsiniz ki, bu bizim qaydalara ziddir".

 Xatırladırıq ki, serb könüllüləri 2014 və 2015-ci illərdə Ukraynada rusiyayönlü qüvvələrin tərəfində döyüşüblər. Müşahidəçilər deyirlər ki, heç kimin dəqiq rəqəmlər barədə faktı yoxdur, lakin onlarla serb 2014-cü ildən bəri Ukraynada döyüşmək üçün qeydiyyatdan keçib. Serbiya qanunvericiliyi öz vətəndaşlarının xaricdəki münaqişələrdə iştirakını qadağan edir və buna görə bir neçə nəfər məhkum edilib. 

Ən maraqlısı, Vuçiç Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi Yevgeni Priqojinin rəhbərlik etdiyi Vaqner qrupunun guya ultra-millətçi təşkilatların Ukraynaya müdaxiləsinin Serbiyada dəstəklədiyi barədə iddiaları qəti təkzib edib.

Hələki Rusiya hərbi dairələrindən bu bəyanata reaksiya verilməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN