...Bir neçə gün əvvəl maraqlı bir hadisə ilə qarşılaşdıq... Bakının Yasamal rayonu ərazisində, daha doğrusu, Hüseyn Cavid prospekti ilə kəsişmədə Ayna Sultanova küçəsinə rast gəldik... Bu tarixin ironiyasıdırmı???
Bu məqamda siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sosial şəbəkələrdə bir statusunu xatırladıq: "Yüzlərlə insanı 1930-37-ci illərdə sürgünə və represiyaya məruz qoyan Ayna Sultanova 1937-ci ildə Hüseyn Cavid tutulub Keşlə həbsxanasında işgəncəyə məruz qalanda o, Azərbaycan Xalq Komissarları Şurasının sədri olaraq Mikayıl Müşfiqi yanına çağırıb diktə edir: "Cavid əleyhinə bir məqalə yaz!" Sözsüz ki, bu məqalə lazım idi ki, Cavidi şərləyib qətlə yetirmək üçün kommunistlərin əlində tutarlı dəlil olsun. Lakin Sultanova gözlədiyinin əksinə cavab alır. Müşfiq bunu necə yaza bilərdi, bir halda ki, Cavidə "əfəndim" deyirdi. Əfəndi olan bir şəxsi şərləmək bu qədərmi asandır? Sultanova israr edərkən Müşfiq deyir: "Mən əgər sol əlimlə Cavidin əleyhinə yazaramsa, sağ əlimlə sol əlimi baltalaram!" Bundan qəzəblənən Ayna Sultanova dərhal onu həbs edilməsini və qırımızı xətlə ölümə məhkum olunmasına imza atır..... Müşfiqsə 6 yanvar 1938-ci ildə Nargin adasında məhkəməsiz-filansız güllələnir".

Tezadlar.az xatırladır ki, Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov 31 mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib. O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək şərqdə ilk demokratik respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərmişdi. O, Azərbaycan qadınlarını "qırmızı ordu"ya, yəni rus əsgərləri üçün alt paltarı tikmək və yamamağa məcbur edirdi. 

Qayıdaq Ayna Sultanovanın heykəlinə: Bu heykəl Binəqədi rayonu ərazisində, Ziya Bünyadov prospektində yerləşir, adına olan küçə isə Yasamal rayonunda-Hüseyn Cavid Prospekti ilə kəsişmədədir... Tarixin ironiyasıdırmı: 1937-ci ildə Hüseyn Cavidə qarşı qəzəb və nifrəti azmış kimi, indi bu dünyada da onun adına olan kücə Hüseyn Cavidin adını daşıyan prospektlə tin-tinə, göz-gözədir!

A.Məmmədli

 ayna-kuce

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN