Ukrayna Silahlı Qüvvələrinin (USQ) silsilə əks-hücumları Rusiya Prezidenti Vladimir Putini Ukraynanın şərtləri əsasında danışıqlara getməyə razı sala bilər.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri bu qənaətə gəlib. Onların fikrincə, ukraynalı hərbçilər döyüş əməliyyatlarının gedişatını dəyişə biləcək gücdə olduğunu göstərməlidirlər. Belə ki, USQ Rusiya ordusuna elə ziyan vurmalıdır ki, Putin və yaxın çevrəsinə Rusiya qoşunlarının döyüş əməliyyatlarını davam etdirərək müharibənin nəticəsinin yaxşılaşdırmağa ümidvar olmadığı aydın olsun. Beləliklə, Ukraynanın operativ səviyyədə çoxsaylı böyük qələbələri, yəqin ki, danışıqlar yolu ilə müharibəni nizamlama perspektivlərini yaratmaq, və ya Putini döyüş əməliyyatlarını dayandırmağa vadar etmək üçün vacibdir. Amerikalı təhlilçilərə görə, Ukrayna qüvvələrinin əks-hücumlar sayəsində gerçəkdən də uğur qazana biləcəyini gözləməyə əsas var.

Tezadlar.az xatırladır ki, martın 20-də Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə görüşdə ölkəsinin “Çinin sülh planını diqqətlə öyrəndiyi və danışıqlara açıq” olduğunu bildirib.

Ukrayna cəbhəsində isə Rusiyanın əvvəlki illərlə müqayisədə sönük döyüş əməliyyatları davam edir. Bu isə o deməkdir ki, Putin nə edəcəyini dəqiqləşdirə bilmir: irəlimi, yoxsa dayanmaqmı???

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN