Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bəyan edib ki, Kreml planlaşdırılan əks-hücumdan əvvəl Qərbin Ukraynaya hərbi yardımını dayandırmaq üçün yenidən nüvə təhdidlərinə əl atır.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, analitiklərin fikrincə, aprelin 5-i və 6-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşü olacaq və bu zaman Kreml Belarusu İttifaq dövləti çərçivəsində daha da inteqrasiya etməyə məcbur etməyə çalışacaq. Məlumatda o da xatırladılır ki, Kreml aprelin 4-də Putin və Lukaşenkonun aprelin 5-də təkbətək ikitərəfli danışıqlar üçün görüşəcəklərini və aprelin 6-da Moskvada Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcəklərini artıq rəsmən açıqlayıb. Kreml Ukraynanın planlaşdırdığı əks-hücum əməliyyatı ərəfəsində Qərbin Ukraynaya hərbi yardımının qarşısını almaq üçün nüvə hədələrindən istifadə etməyə cəhd etməkdə davam edir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını NATO-nu Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığı və kəşfiyyat fəaliyyətini gücləndirməkdə ittiham etməklə əsaslandırıb və Qərbi Ukraynaya əlavə hərbi yardım göstərməklə Ukraynada müharibəni qızışdırmaqda ittiham edib. Kreml Rusiya ictimaiyyətini Ukraynadakı müharibənin uzunmüddətli əhəmiyyətli iqtisadi nəticələr verməyəcəyinə yalandan inandırmaq üçün səylərini davam etdirir.

Artıq bəllimolduğu kiki, Hollandiya NATO-ya 31-ci ölkə olaraq qəbul edilib və bu qərar dünən təntənə ilə qeyd edildi. Bunun ardınca Rusiyanın siyasi rəhbərliyi vəziyyətin artıq kəskin hal aldığını etiraf edərək çıxış yolu axtarmaqdadır. Ekspertlər isə hesab edir ki, yeganə çıxış yolu müharibəni dayandırmaqş necə deyərlər, ziyanın yarısından qayıtmaq daha xeyirlidir. 

Tezadlar.az onu da diqqətə çatdırır ki, Türkiyə prezidenti Ərdoğan bildirib ki, həm Putinlə, həm də Zelenski ilə müntəzəm əlaqə saxlayır. Məqsəd ortaq məxrəc tapıb tərəfləri sülhə gəyirməkdir.

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN