Dünən axşam saatlarında Qarabağ separatçılarının lideri Arayik Arutyunyan bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı öz çıxışlarına görə qınayan digər separatçıların cərgəsinə qoşub.

Tezadlar.az Azadlıq Radiosuna istinadla qeyd edir ki, Arayik Arutyunyan müraciətində bildirib ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. "Mən Ermənistan hakimiyyətinə müraciət edirəm ki, Artsaxın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı hər hansı hərəkət və bəyanatlardan çəkinsin, daxili və beynəlxalq sənədlərlə götürdüyü öhdəliklərə əməl etsin”.

Arutyunyan həmçinin Rusiya prezidenti Vladimir Putinə Ermənistan, Azərbaycan və Rusiya başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında götürülmüş öhdəliklərin yerinə yetirilməsini təmin etmək çağırışı ilə müraciət edib.

“Biz beynəlxalq formatda dialoqa, münaqişələrin həllinə və sülhə hazırıq, lakin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanırıq. Biz Azərbaycan üçün heç bir təhlükə yaratmırıq, lakin Artsax xalqının özünümüdafiə hüququ var”, - deyə Arutyunyan bildirib.

Maraqlıdır ki, Arutyunyan Paşinyanın adını çəkməyib və digər Qarabağ fiqurlarından fərqli olaraq, Paşinyanı ermənilərin milli maraqlarına xəyanət etməkdə ittiham etməyib.

Beləliklə, separatçı da Paşinyanın üzünə ağ olmağa cəsarət edirsə, bu artıq bir çox siyasi mətləblərdən xıbər verir... Deməli, Araik çevrənin daraldığını və hərbi-siyasi tələyə düşdüyünü dərk edir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN