"Saakaşvilinin ailəsi milyonlarla dollar xərcləyir və Gürcüstan hökumətini guya onu zəhərləməkdə, ona işgəncə verməkdə ittiham edir".
Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla xəbər verir ki, bu sözləri Qatar İqtisadi Forumunda çıxış edən Baş nazir İrakli Qaribaşvili sabiq Prezident Mixeil Saakaşvilinin Aİ rəsmilərinin müraciəti ilə azadlığa buraxılmamasına dair suala cavabında deyib. O bildirib ki, Strasburq məhkəməsi Saakaşvilinin işi ilə bağlı vəsatətləri rədd edib. Sitat: Məndən soruşduğunuz üçün sizə qısaca cavab verim. Keçmiş prezident Saakaşvili çox ağır cinayətlər törədib, hazırda o, həbsxanada deyil, 1 ildən çoxdur ki, özəl xəstəxanadadır. Dünyada onunla bağlı çoxlu fərziyyələr və saxta xəbərlər yayılıb. Gürcüstan hökumətinin onu zəhərləməkdə, işgəncə verməkdə ittiham edilməsi üçün ötən iki ildə onun ailəsi milyonlarla dollar xərcləyiblər. İki həftə əvvəl onun işini Strasburqa, Avropa İnsan Haqları Məhkəməsinə apardılar və məhkəmə onların bütün tələblərini rədd etdi”.
Qaribaşvili deyib ki, Gürcüstan hökuməti bütün məhbuslar kimi Saakaşvilinin də qayğısına qalır və onun Avropa standartlarına uyğun müalicəsini təşkil edir.
Bununla belə, Saakaşvili müalicəsini xarici ölkələrin birində davam etdirməkdə israrlıdır.
A.Məmmədli