Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməməsinə münasibət bildirib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, jurnalistlər hökumət başçısından Zelenski ilə Moldovada bir-birindən qaçmasının səbəbini soruşublar. Qaribaşvili bu tip suala cavabında qeyd edib ki, Moldovada olan 40-dan çox liderdən cəmi 5 və ya 10-u Zelenski ilə görüşüb: "Zelenski ilə görşmək üçün və ya orada əl sıxmaq növbəsi yox idi, ümumilikdə hər şey sadə idi”. Jurnalistin "İmkan olardısa, prezident Zelenskiyə nə deyərdiniz?" sualına isə Qaribaşvili belə cavab verib: “Salamlayardım. Mən açıq şəkildə demişəm və təkrar edirəm - biz Ukraynaya müharibənin dayandırılmasını, ərazilərin nizamlanması və sülhə nail olmasını arzulayırıq”.

Beləcə, Qaribaşvili etiraf etməsə də, Saakaşvili məsələsinə görə Zelenskidən incik olduğunu açıq şəkildə büruzə verib. Hansı ki, Zelenski Gürcüstan hakimiyyətindən Saakaşvilini dərhal azad etməyi tələb etmişdi... Bu tələb isə narazılıqla qarşılanmışdı. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN