Ötən axşam Xankəndinin mərkəzi meydanında kortəbii mitinq keçirilib. Yerli erməni əhali  separatçı və özünü hələ də "prezident" sayan Araik Arutyunyandan Laçın yolunun açılması məsələsinin həllini tələb edib.

Eyni zamanda, bu məsələ Arutyunyanın öz iqamətgahında keçirdiyi "Təhlükəsizlik Şurası"nın iclasında müzakirə edilib. "Turan" xəbər verir ki, 6 saatlıq iclasdan sonra Arutyunyan toplaşanların qarşısına çıxaraq bildirib ki, üç məsələ müzakirə edilib - "Laçın" sərhəd məntəqəsində saxlanılan üç gəncin taleyi, ərzaq təminatı və yolun açılması (Ağdam vasitəsilə), Arutyunyanın istefası. Onun sözlərinə görə, razılıq əldə etmək mümkün olmayıb. "Biz bu vəziyyətə ona görə gəldik ki, hər kəsə – supergüclərə, Birləşmiş Millətlər Təşkilatına inanırdıq."

Eyni zamanda, o vəd edib ki, qida məhsulları problemi bir neçə gündə həll ediləcək. Lakin bunun hansı şəkildə olacağını açıqlamayıb. Sonda  deyib ki, "lazım gələrsə" istefa verməyə hazırdır. Arutyunyan Bakı ilə gizli danışıqlar aparması ilə bağlı toplaşanların ittihamlarına cavab olaraq bildirib ki, heç bir gizli razılaşma yoxdur. 

(Bu fotoşəkil 2020-ci ilin 8 noyabr səhəri, saat 06:00-da Xankəndi mərkəzində çəkilib). 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN