ABŞ prezidenti Co Bayden dünən Qəzza şəhərində Əl-Əhli xəstəxanasına edilən hücuma görə İsraili deyil,  münaqişənin digər tərəfini günahkar hesab edir.

O, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.

"Mən dünən Qəzzadakı xəstəxanada baş verən partlayışdan çox kədərlənirəm və qəzəblənirəm və gördüklərimə əsasən belə görünür ki, bunu siz yox, qarşı tərəf edib", - Bayden İsrail dövlətinin baş nazirinə deyib.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin təyyarəsi Təl-Əvivə enib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre qeyd edib ki, Amerika lideri radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının hərəkətləri fonunda yəhudi dövlətinə sarsılmaz dəstəyi nümayiş etdirmək, həmçinin gələcək addımlarla bağlı məsləhətləşmələr aparmaq üçün İsrailə səfər edib.

Bayden daha sonra Ammana getməli, orada İordaniya kralı II Abdullah, həmçinin Fələstin prezidenti Mahmud Abbas və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparmalı idi, lakin Əl-Əhli xəstəxanasına  zərbə endirdikdən sonra görüş ləğv edildi.

Xatırladaq ki, ötən gün Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumda 500-dən çox adam həlak olub.

Fələstin tərəfi hadisədə İsrail Hərbi Hava Qüvvələrini günahlandırıb. Lakin İsrail tərəfi bu ittihamları rədd edib. Və xəstəxanada baş verən partlayışın səbəbinin “İslam Cihad” qruplaşmasının uğursuz raket atışı olduğunu bildirib.

“Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” qruplaşması Qəzzada xəstəxanaya uğursuz raket atışına görə məsuliyyət daşıyır”, - deyə İsrail Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bu gün Fələstində və Suriyada üç günlük matəm elan edilib, həmçinin Fələstin lideri Mahmud Abbas oktyabrın 19-da Ammanda keçirilməsi planlaşdırılan sammitdə iştirakdan imtina edib. Həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzza şəhərində Əl-Əhli xəstəxanasına edilən hücumu pisləyib və bunu soyqırım adlandırıb və hadisəyə görə İsraili günahlandırıb. Bu barədə küveytli həmkarı Salem Abdullah əl-Cabir əs-Sabah ilə görüşündən sonra İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Livanın "Hizbullah" təşkilatı isə  Qəzzada xəstəxanaya edilən hücuma etiraz olaraq oktyabrın 18-ni "qəzəb günü" elan edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN