“Raketlər xəstəxananın arxasındakı qəbiristanlıqdan atılıb.”

HƏMAS xəstəxanaya düşən raketdə İsraili günahlandıraraq dünya mediasını qəsdən aldadıb.

***

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həqarinin sözlərinə görə, yaraqlılar raketin Fələstinin “İslami Cihad”ı tərəfindən buraxıldığını bilirdilər, - deyə Times of Israel yazır.

Həqari brifinqdə iki HƏMAS rəsmisi arasında olan söhbətin stenoqramının tərcüməsini oxuyub.

Onlar Əl-Əhli  baptist xəstəxanasını vuran  “İslami Cihad”ın uğursuz  raket atışından danışıblar.

“Kəşfiyyat məlumatlarımıza görə, HƏMAS hesabatları yoxlayıb, bunun “İslami Cihad” raketi olduğunu anlayıb və həqiqətən baş verənləri ört-basdır etmək üçün qlobal media kampaniyası başlatmağa qərar verdi. Onlar qurbanların sayını artırmağa qədər gediblər”, - sözçü əlavə edib.

Həqari qeyd edib ki, raketlər xəstəxananın arxasındakı qəbiristanlıqdan atılıb.

Tibb müəssisəsi və onun avtomobil dayanacağı raketin zərbəsi və yerə düşən zaman hələ də mərminin içində olan külli miqdarda raket yanacağı nəticəsində zədələnib.

Hərbi rəsminin izah etdiyi kimi, əgər bu İsrail hava hücumu olsaydı, “biz bu insidentdə tapılmayan kraterlər və binanın struktur zədələnməsini görərdik”, - deyə izah edib.

Xatırladaq ki, ötən gün Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən raket hücumunda 500-dən çox adamın həlak olduğu bildirilib.

Fələstin tərəfi hadisədə İsrail Hərbi Hava Qüvvələrini günahlandırıb. Lakin İsrail tərəfi bu ittihamları rədd edib.

 JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN