Ermənistanın baş naziri Nikol Paşinyan Qərb mətbuatına verdiyi müsahibəsində Rusiya hərbi bazası ilə bağlı narazılığını dilə gətirib.

 Ermənistan hökumətinin başçısı gözlənilmədən Gümrüdə (Şirak rayonu) yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı vəziyyəti şərh edib.

 “Wall Street Journal”ı qeyd edib ki, Nikol Paşinyan Ermənistan tərəfinin hazırda yeni tərəfdaşlar axtardığını bildirib.

Onun sözlərinə görə, İrəvan  Moskvanın müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün buna gedib. Ermənistanın baş naziri aydınlıq gətirib ki, erməni tərəfi təhlükəsizlik sahəsində əlaqələrini şaxələndirmək qərarına gəlib.

 Və əlavə edib ki, o, Ermənistanda Rusiya hərbi bazalarının mövcud olmasında heç bir fayda görmür.

Xatırladaq ki, uzun zamandır ki, Nikol Paşinyan müsahibələrində, çıxışlarında Rusiyanı tənqid edir, qərbə meyl etdiyini öz əməlləri ilə açıq-aşkar bəyan edir. 

Oktyabrın ortalarında isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

Ötən gün buna cavab olaraq Rusiya Dövlət Duması Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması məsələsinə baxmayacağını bəyan edib.

P.S. Moskva yersiz ittihamları ilə bağlı dəfələrlə Paşinyana xəbərdarlıq edib. Görünür, eşitdiklərini qulaqardına vuran Paşinyan, seçimini çoxdan edib... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN