Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan tərəfi BRİKS-ə qoşulmaq üçün rəsmi ərizə təqdim edib.
Tezadlar.az xəbər verir ki, bu gün 2006-cı ildə yaradılan hökumətlərarası təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və BƏƏ daxildir.
Bundan əvvəl Azərbaycanın Moskvadakı səfiri Polad Bül-Bül oğlu da respublikanın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirmişdi.