Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev avqustun 27-si saat 10:00-da Şəki Rayon Prokurorluğunun inzibati binasında Şəki, Oğuz rayonları və Mingəçevir şəhərinin sakinləri ilə görüşəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəki rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və tviter) vasitəsilə də qəbula yazıla bilərlər.