Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ER Baş nazirin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru Con Allelo Ermənistan və ABŞ arasında əməkdaşlığın inkişafına dair qrant sazişinə düzəliş imzalayıblar.

Nəticədə USAID-lə razılaşma çərçivəsində məbləğ həddini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara yüksəldir və birgə proqramların əhatə dairəsini genişləndirir.

 "Bizim Ermənistan hökuməti və nazirlikləri ilə işimiz ümumi məqsədlərimizə çatmaqda mühüm rol oynayır”, - deyə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının direktoru Con Allelo bildirib.

usaid-ermeni

***

TEZADLAR.AZ xəbər veriri ki, məsələ ilə bağlı siyasi şərhçi Tural İsmayılov trend-ə açıqlama verib.

Tural Sadıqlı vurğulayıb ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) fondunun Ermənistana yanaşması bu ölkəyə təsir və təzyiq imkanlarını artırmağa köklənib.

Siyasi şərhçi xatırladıb ki,  son 6 ay ərzində USAİD rəhbəri Samanta Pauer dəfələrlə Ermənistana səfərlər edib.

tural_ismayilov

"Eyni zamanda, USAİD-in müxtəlif rəsmiləri də tez-tez Ermənistanda olurlar. Diqqət etsək, görərik ki, USAİD rəhbərinin Ermənistana çox sürətli formada səfərlər etməsi və bunun fonunda USAİD-in Ermənistana maliyyə yardımını heç bir zərurət olmadan 120 milyon dollardan 250 milyon dollara qədər artması ciddi suallar yaradır.

Bilirik ki, Ermənistanın fəal şəkildə Rusiyanın təsiri dairəsindən çıxarılması üçün ABŞ tərəfindən addımlar atılır. Baxmayaraq ki, bu, effektiv olmayacaq. Çünki bu gün nə qədər Qərb imperializmi Ermənistandakı "sorosçu"lar vasitəsilə bu ölkəyə təsir göstərməyə çalışsa da, faktiki olaraq hələ də Gümrü şəhərində Rusiyanın hərbi bazası var. Hələ də Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur.

Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində qalması vaxtsız və müddətsiz formanı ehtiva edir. Belə olan halda USAİD-in və müxtəlif imperialist təşkilatların Ermənistan ərazisində at oynatması Avropa İttifaqını mülki-müşahidə missiyası adı altındakı casus şəbəkəsinin burada fəaliyyəti ilə paralel baş verir. Həmçinin, Ermənistanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi də göstərir ki, coğrafi baxımdan kiçik və hansısa bir təbii sərvətləri olmayan bir ölkə niyə bu gün ABŞ üçün bu qədər cəlbedici görünür. Bunun ən böyük səbəbi Ermənistan vasitəsilə həm Cənubi Qafqaza daha çox təsir etmək, həm də Rusiyaya qarşı yeni bir cəbhə formalaşdırmaqdır. USAİD-in də birdən-birə Ermənistana ikiqat yardım ayırması məhz ABŞ-nin Ermənistan ərazilərini növbəti bir geopolitik qarşıdurma poliqonuna çevirmək niyyətini ortaya qoymuş olur.

ABŞ-nin sonrakı planlarının dəqiq ölçüsünü müəyyən etmək çətindir, amma görünür ki, Vaşinqtonun əsas məqsədi Azərbaycan-Ermənistan münasibətləri üzərində Rusiyaya qarşı regional təbəqə yaratmadır", - deyə T.İsmayılov qeyd edib.

 Xatırladaq ki, fondun erməni missiyasının direktoru Con Allelo qrant sazişinə edilən dəyişikliyin Ermənistanla tərəfdaşlığa sadiq olmalarını  nümayiş etdirdiyini dilə gətirib:

“ Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik”, - Allelo vurğulayıb.

Erməni missiyasının direktorunun nə söyləməsindən asılı olmayaraq, dəstəyin məqsədi göz önündədir və düşünməyə vadar edir...

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN