İran noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərini gözləmədən İsrailin ölkəyə hücumlarına cavab verə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

"İranın təcavüzə cavabı... çox güman ki, ABŞ-da prezident seçkiləri günündən əvvəl baş verəcək", - mənbə bildirib.

Həmçinin əlavə edilib ki, İran belə bir addım atmağa qərar verərsə, ikiqat güclü cavab zərbəsi alacaq.

Bununla belə, nəşrin həmsöhbəti Tehranın zərbə vura biləcəyi konkret tarixi açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 25-də İsrail Müdafiə Qüvvələri İrana kütləvi hücuma keçib. İMQ hücum üçün ən son F-35 təyyarələri və çoxlu sayda pilotsuz təyyarələrdən istifadə edib. Bütün gecə Tehranda partlayışlar olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN