Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ukraynalılar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun administrasiyasına güvənirlər.

Tezadlar.az xəbər verir ki, o, bu barədə CBN telekanalına müsahibəsində danışıb.

“Bu gün insanların ABŞ-ın yeni administrasiyasına, yeni prezidentə ümidləri var və insanlar onun dediklərinə inanırlar”, - deyə Zelenski bildirib.

O, əlavə edib ki, Tramp münaqişəni 24 saat ərzində həll etmək niyyətindən danışanda ona mümkün qədər tez son qoymağı nəzərdə tutur.

Bundan əvvəl Zelenski Macarıstanın baş naziri Viktor Orbanı Rusiya prezidenti Vladimir Putinə zəng etdiyinə görə tənqid edib. O əlavə edib ki, Ukraynanın təhlükəsizlik zəmanəti, ABŞ qətiyyəti və Avropa birliyinə ehtiyacı var və münaqişənin həlli ilə bağlı bütün danışıqlar Kiyevin iştirakı olmadan baş tutmamalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN