Paşinyan Azərbaycanın gömrük nəzarəti qurmaq istəyindən bərk narahatdır…

«Ermənistan məcbur olub başqa alternativ yola keçməli olacaq» Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətinin iclasında deyib. O, xatırladıb ki, dünən Azərbaycan tərəfindən qeyri-rəsmi xəbər daxil olub ki, noyabrın 11-i gecə yarısından etibarən Ermənistandan gələn yük maşınları və sərnişinləri gömrük və pasport nəzarətindən keçirməyə hazırlaşırlar - eynilə avqust ayından İrandan gələn yük maşınlarına münasibətdə olduğu kimi.

Paşinyan eyni zamanda bu ifadəni də işlədib: “Azərbaycan həm də öz ərazisindəki Eyvazlı - Çayzəmi hissəsində gömrük nəzarəti qurmaq istəyir”. Baş nazirin sözlərinə görə, bundan sonra  Ermənistan tərəfi vətəndaşlarını Kapan-Ağvani-Tatev yolu ilə göndərmək qərarına gəlib. On illərdir keçilməz olan bu yol demək olar ki, tam hazırdır. "Mən bu yolda maşın sürmüşəm və şəhadət verə bilərəm ki, yüksək keyfiyyətli yol çəkilib. Qalır ki, onu maşınların keçidi üçün qoşqu ilə təchiz edək. Ötən gecə ərzində İran da daxil olmaqla, yüzə yaxın avtomobil keçib, bu yol Kafana gedən yoldur”, - Paşinyan bildirib.

Eyni zamanda, baş nazir qeyd edib ki, Ermənistan Respublikası lazım gələrsə, Qoris-Kapan yolunda gömrük və pasport nəzarəti məntəqələri də yaradacaq.

Xatırladaq ki, regionda kommunikasiyaların bloklanması məsələsini Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu müzakirə edir.

Beləliklə, Ermənistan 30 illik işğalçılıq siyasəti ilə indi özünü blokada vəziyyətinə salıb. Çıxış yolu isə bu niyyətindən əl çəkməsində, qonşuları ilə sülh dilində danışmalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN