"NATO Qara dənizdə planlaşdırılmamış təlimlərdə strateji aviasiyadan istifadə edir və bu, Rusiya üçün ciddi çağırışdır”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. “Bundan başqa, bu təlimlərdə nəinki kifayət qədər güclü gəmilər qrupu yaradılıb, həmçinin aviasiyadan, o cümlədən strateji aviasiyadan da istifadə olunur. Fakt budur ki, onların göyərtəsində strateji silahlar var və bu, bizim üçün mühüm çağırışdır”. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi rəsmi Vaşinqtonun hərəkətlərinə cavab vermək üçün ərazidə planlaşdırılmamış təlimlər keçirmək təşəbbüsü ilə çıxış edib: "Lakin vəziyyətin gərginləşməsi heç bir məna kəsb etmədiyi üçün bunun məqsədəuyğun olmadığını hesab etdik", - deyə Putin bildirib.

NATO rəsmiləri isə bunun ənənəvi təlimlər olduğunu bildirməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN