Milli Məclisin deputatı Könül Nurullayeva ərəb ölkələrinin nüfuzlu mətbuat orqanlarında işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpasından yazıb. Məqaləni 4-ü Misir, 1 Əlcəzair, 5 Sudan, 2 İraq və 1 Yəmən olmaqla 13 mətbuat orqanı dərc edib.  “Azərbaycan Qarabağı dünyanın ən inkişaf etmiş bölgəsinə çevirir” başlıqlı məqalədə müəllif 2020-ci il sentyabrın 27-də Azərbaycanın öz ərazi bütövlüyü naminə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi barədə oxucuları məlumatlandırıraq, bildirir ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. Beləliklə, 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhayət azaddır və bu bölgədə yeni inkişaf dövrü başlayıb.
K.Nurullayeva qeyd edib ki, işğal dövründə Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb,təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru  yenidən dirçəldir: “Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıb və  artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır. Yeni məscidlər inşa olunur, Qarabağdan yenidən azan səsi gəlir.
Azərbaycan Prezidenti İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib.” Məqalədə həmçinin cəmi 8 aya inşa olunan Qarabağın hava qapısı-Füzuli beynəlxalü Hava limanı barədə də məlumat verilib: “Mürəkkəb relyef şəraitinə baxmayaraq, Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməkdədir. Məsələ burasındadır ki, bu ərazilərdə heç vaxt hava limanı olmayıb, Azərbaycan bununla ilkə imza atır. İlklərdən biri də “smart city” təcrübəsinin işğaldan azad olunan Zəngilan rayonunda tətbiqidir ki, bu da bölgəyə 30 ildən sonra geri qayıdan sadə vətəndaşların rifahını ən yüksək səviyyədə təmin etməyə hesablanıb. 30 ilə yaxın müddətdə boz zona kimi qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi indi xarici investorlar üçün cəlbedici məkana çevrilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən xarici şirkətlər bərpa prosesində fəal iştirak edərək, təbii resurslarla zəngin Qarabağın və Şərqi Zəngəzurun inkişafına töhfə verir. “
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN