“Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan şikayətlər qaldıracaq. Hansı ki, həmin konvensiyalarda şikayət etmə prosedurları bir-birindən fərqlənəcək”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: “Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Və təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”.
E.ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN