Ermənistanın təxribatları Azərbaycan ordusunun alın yazısıdır...

Budur, Ermənistan Müdafiə Nazirliyi bu gün-yanvarın 11-i axşam saatlarında Azərbaycanla sərhədin Kəlbəcər istiqamətində gedən döyüşlərdə 2 hərbçi itirdiklərini açıqlayıb. Nazirliyik bildirir ki, daha 2 əsgər yaralanıb. Xatırladaq ki, Azərbaycan MN daha əvvəl erməni tərəfinin təxribatına və vəziyyəti gərginləşdirməsinə cavab olaraq tədbirlər görüldüyünü bildirmişdi. Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bəli, Qazaxıstan "dərsi" erməniləri yeni təxribatlara sövq etməkdədir. Çünki Rusiya sülhməramlıları Qarabağda qalma müddətini uzatmaq üçün girəvə axtarmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN