"Rossiya today" telekanalının baş redaktoru Marqarita Simonyan Facebookda ("Ayıl, oğlum!") adlı video paylaşıb.
Simonyan videonun imza bölməsində yazıb:"Ermənistanda bugünkü seçkilərə həsr olunur".
Qeyd edək ki, "Zartnir, Lao!" türklərin qəddar qətlləri ilə tarixə düşmüş erməni terrorçularının başçısı
" Arabo " nun tərifinə həsr olunub. Beləliklə, Simonyan öz övladlarına azərbaycanlılara və türklərə qarşı nifrət aşılamaq əmrini verən ermənilərin ənənəsini davam etdirir.
Xatırladaq ki, 29 iyun 1992-ci ildə Azərbaycan Ordusu mühasirəyə alınmış "Arabo”erməni dəstəsinin məhv edilməsi üzrə əməliyyata başlayıb. Amansız döyüş zamanı erməni əsgərlərinin bu qrupu, demək olar ki, tamamilə məhv edilmişdi. Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun komandanlığı altında "Arabo” dəstələrinin döyüşçülərinin məhv edilməsi dinc Azərbaycan əhalisinə qarşı vəhşiliyin ədalətli bir cəzası oldu.
Şakir QURBANOV