Rusiyalı ekspert hesab edir ki, Paşinyan partiyasının nəticələri gözlənilməz olsa da, əsas hadisələr hələ qabaqdadır.
YEREVAN, 21 iyun - Sputnik. RİA Novosti Sankt-Peterburq Universitetinin professoru, ekspert Stanislav Tkaçenkonun fikrinə istinad edərək bildirir ki, Paşinyanın və onun partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması gözlənilmirdi. Belə ki, ən yaxşı halda onun 40 %--dən artıq səs toplaya bilməyəci proqnozlaşdırılırdı. İndi onun və partiyasının 50 %-dən çox səs toplaması və qələbə qazanması Ermənistanın real vəziyyətini əks etdirmir.
Tkaçenkonun sözlərinə görə, burada əsas amil müharibədəki məğlubiyyət və insanların qayığı silkələmədən mövcud hökuməti dəstəkləmək üçün intuitiv, psixoloji istəkləridir".
Politoloqun fikrincə, ikinci amil insanların seçkiyə az sayda gəlmələridir.Məhz bu səbəbdən, hökümət müəyyən üstünlüklərə malik olur. Çünki, hakimiyyətə səs verən seçkiyə gedir, hakimiyyətdən məyus olanlar isə getmir.
Tkaçenko daha sonra vurğulayır ki, bu göstərici Ermənistandakı real vəziyyəti əks etdirən göstərici ola bilməz və bu barədə düşünməyə belə dəyməz. Düzdür, Paşinyanın Ermənistanı müəyyən dairələrdə nüfuzu var,amma onun qələbəsi barədə danışmaq hələ tezdir.
Şakir QURBANOV