Biləsuvar Olimpiya İdman Kompleksində İkinci Qarabağ müharibəsi şəhidləri - İqbal Astanlı və Babək Mahmudlunun əziz xatirələrinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə U-15 II Respublika turniri keçirilib.

250 idmançının qatıldığı yarışın təntənəli açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, qonaqlar iştirak ediblər. Onların arasında Olimpiya çempionu Toğrul Əsgərov, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Cəbrayıl Həsənov və digərləri də vardı.

Tədbirə toplananları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ölkə idmanının Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olduğunu xüsusi vurğulayıb. O, turniri gələcəkdə beynəlxalq səviyyədə keçirmək arzusunda olduğunu da bildirib.

Daha sonra yarışın təşkilində xidmətləri olmuş şəxslərə xüsusi sertifikatlar təqdim olunub.

Turnirin media dəstəkçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) güləş komissiyasının sədri, əməkdar məşqçi Ramin Allahverdiyev turnirin təşəbbüskarı və təşkilində xüsusi əməyi olan güləş üzrə beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Tural Əliyevə, yarışların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına görə rayon polis şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədova AİJA-nın təşəkkürnamə plaketlərini, icra başçısı Faiq Qürbətova, şəhid ataları Süleyman Mahmudova və İlqar Astanova təsis etdiyi, üzərində şərəfinə turnir keçirilən şəhid idmançıların obrazları həkk olunan xüsusi döş nişanlarını icra başçısı Faiq Qürbətova, şəhid ataları Süleyman Mahmudova və İlqar Astanova təqdim edib.

Sonda yarışda yer tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

E.ŞİRİNOV        

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN