Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla bitirib.

Ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub edən həmyerlimiz finalda rusiyalı Boqdan Prima ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Boksçumuz birinciliyi ikinci yerdə başa vurub.

Qeyd edək ki, yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN