Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Kvabena Ovusu, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 9-da çatdırıb. Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, günün ilk görüşündə "Səbail" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.

Turun ilk 2 oyununda "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edibsə, "Neftçi" "Zirə"yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN