booked.netbooked.net booked.net  

Lvovdan olan uşaq futbol məşqçisi Dmitri Boqdanoviç Fialka öldü. Fevral ayında o, Ukrayna Silahlı Qüvvələrinə qoşularaq vətənin müdafiəsinə yollanıb.

Tezadlar.az-ın məlumatına görə, xəbər "Lvov" klubunun sosial şəbəkələrində yayılıb.

Məşqçi "Lvov" FK strukturunda 2006-cı il təvəllüdlü uşaqlarla işləyib. Bu ilin fevralında Dmitri Fialkanın yetirmələri Kiyev "Dinamo"sundan olan həmyaşıdlarına qalib gələrək Rusiyanın Ukraynaya hücumu səbəbindən heç vaxt baş tutmayan DUFLU Qış Kubokunun yarımfinalına yüksəlib.

Mərhumun həyat yoldaşı və iki uşağı qalıb.

UNIAN yazır ki, Kiyev "Dinamo"sunun keçmiş futbolçusu Sergey Balançuk Donetsk vilayətində Baxmut yaxınlığında dünyasını dəyişib. Balançuk Ukrayna Silahlı Qüvvələrində xidmət edib.

Bundan əvvəl ukraynalı idmançı Yekaterina Tabaşnik avqustun 18-də səhər saatlarında rus mərmilərinin gəldiyi Xarkov yataqxanasında ölənlər arasında onun anası olduğunu bildirmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN